20-ci əsrdə gerçəkləşən çaxnaşmalara, qarışıqlığa, müharibə və qarşıdurmalara aparan, insanlar arasında kin və düşmənliyə səbəb olan ideoloji əsasdır. Bu ideologiyanın gərəyi olaraq din əxlaqının xüsusiyyətlərindən olan həmrəylik, fədakarlıq, yoxsul və zəiflərin qorunması, bütün insanların bərabər sayılması kimi məziyyətləri tamamilə görməzlikdən gəldilər. Bunun yerinə həyatın mübarizə yeri olduğu, zəif və yoxsul olanların, özlərinə görə "aşağı irqdən" olanların əzilməsinin və hətta yox edilməsinin qanuni olduğu, var gücü ilə mübarizə nəticəsində "ən uyğun" olanların həyatda qalıb digərlərinin yox olacağı və insanlığın bu yolla "irəliləyəcəyi" yalanını ortaya atdılar. Bu ideologiyanın əsası, Darvin'in təkamül nəzəriyyəsidir.
Çarlz Darvin təkamül nəzəriyyəsi ilə təməli eqoizm olan bu fəlsəfəni təbiət elmlərinə tətbiq etməyə çalışdı. Allah`ın təbiətdə yaratdığı həmrəylik və köməkləşmə nümunələrini görməzlikdən gəlib sözdə bütün canlıların amansız həyat mübarizəsi apardıqlarını önə sürdü. Hətta heç bir elmi dəlilə dayanmadan eyni amansızlığın insan cəmiyyətləri üçün də əsaslı olduğunu iddia etdi. Darvinin təkamül nəzəriyyəsi cəmiyyətlərə tətbiq olunarkən ortaya sosial darvinizm çıxdı.
Bəziləri hər nə qədər sosial darvinizmin 19-cu əsrin ikinci yarısında meydana çıxıb 20-ci əsrin birinci yarısında təsirini itirmiş sosial nəzəriyyə olduğunu irəli sürsə də, həqiqətdə bu nəzəriyyənin cəmiyyətlərin və fərdlərin mədəniyyəti üzərindəki mənfi təsiri daha çox qalmış və zərər vermişdir. Həyatın sözdə mübarizə yeri olduğu, insanın bu mübarizəni qazanmaq və ya heç olmasa bu vəhşi mühitdə həyatda qalmaq üçün yaşamasının lazım olduğu sapqınlığı din əxlaqına tamamilə zidd olan səhv bir dünyagörüşü olaraq yayıldı. İnsanlığa fəlakət gətirən yeni həyat formaları ortaya çıxardı. Bu yeni həyat formaları kommunizm və ya faşizm kimi totalitar və qanlı ideologiyaların, sosial ədaləti tanımayan vəhşi kapitalizmin, irqçiliyin, etnik qarşıdurmaların, əxlaqi degenerasiyanın və daha bir çox bəlanın qaynağı oldu.
Sosial darvinizm mövcud pisliklərə, amansız siyasət və tətbiqlərə bir anda sözdə elmi əsaslılıq qazandırdı. Heç bir elmi dayağı olmayan bu cərəyanla yanaşı amansızlıq, vəhşilik və zülm din əxlaqını yaşamayan bir çoxları tərəfindən adi qarşılanmağa başlandı. İnsanlar və cəmiyyətlər arası əlaqələrdə mərhəmət, şəfqət, anlayış, fədakarlıq, köməkləşmə və həmrəylik kimi din əxlaqının gərəyi olan dəyərlər qəbul edilmədi. Zülmü tətbiq edənlər (özlərinə görə) zalımlıqlarının elmi əsası olduğunu iddia edir, etdikləri vəhşiliyin bu şəkildə məqbul qarşılana biləcəyini zənn edirdilər. Əlbəttə, bu iddia və zənləri böyük yalan və yanılmadan ibarət idi.
İnsanları bir növ heyvan kimi görmək yanlışlığına düşən təkamül nəzəriyyəsinin ortaya qoyduğu həyat modeli mərhəmətsizlik, sevgisizlik, eqoizm və mənfəət üzərinə qurulmuşdur. Darvinizm insanların heyvanlar kimi yaşayacağı və davranacağı bir dünya qurmağa çalışır. Sosial darvinizmin təlim və tətbiqləri də bu həqiqəti göstərir. Sosial darvinizmin sapqın düşüncələrinə görə, yaşlı və köməyə möhtacı olan bir insanı evində oturarkən heç bir səbəb olmadan evindən çıxarıb qətl etməyə aparmaq adi bir işdir. Şikəst insanların toplama düşərgələrində bir yerə yığılıb ölümə tərk edilmələri də normaldır.
İnsanların kəllələri ölçülməli və buna görə təsnif edilməlidirlər. Bu yanlış düşüncəyə görə, sözdə aşağı siniflərdə olanlar amansız şəkildə əzilər, istismar edilər və ortadan qaldırılar. İnsan və cəmiyyətlərin ancaq bu vəhşiliyi tətbiq etdikləri təqdirdə irəliləyəcəyinə inanan bu insanlara görə, bu yolda edilən qətliamlar, soyqırımlar, zülmlər, mərhəmətsizliklər bir növ müvəffəqiyyət qəbul edilir. Bu müvəffəqiyyəti əldə edə bilməyən insanlar, cəmiyyətlər, mədəniyyət və millətlər isə yox olmalıdırlar.
Şübhəsiz, bu çox azğın və təhlükəli bir düşüncə quruluşudur. Bu təhlükənin fərqində olmaq söz mövzusu nəzəriyyəyə və bu nəzəriyyəyə söykənən ideologiyalara qarşı lazımi fikri tədbirlərin alınması baxımından son dərəcə əhəmiyyətlidir. Unutmaq olmaz ki, darvinizm və darvinizmi əsas alan bütün cəmiyyət modelləri insanlığı böyük fəlakətlərə sürüyən modellərdir. Allah`ın insanlara əmr etdiyi və Quranda bildirilən əxlaq isə cəmiyyətləri həmişə rifaha, hüzur və sülhə aparan bir əxlaqdır.
İyirminci əsrin insanlıq tarixinin ən qaranlıq, ən təhlükəli, ən çox qan tökülən, insanların ən çox qorxu və şiddətə məruz qaldığı əsrlərdən biri olduğunu hər kəs bilir və qəbul edir. Hitler, Stalin, Pol Pot kimi diktatorların zalımlığını, milyonlarla insana qarşı soyqırım törətdiklərini, Hitlerin öz millətinin içindən belə "işə yaramayan" gördüyü insanları qaz otaqlarında öldürtdüyünü; İngiltərədən Almaniyaya, ABŞ-dan İsveçə qədər bir çox qərb ölkəsində yüz minlərlə insanın yalnız xəstə, şikəst və ya yaşlı olduğu üçün zorla axtalandığını və ya ölümə tərk edildiyini; amansız rəqabət səbəbi ilə dünyanın hər yerində insanların əzildiyini və istismar edildiyini; irqçiliyin bəzi dövlətlərin ideologiyasına çevrildiyini və bəzi fərdlərin insan belə sayılmadığını; şərq və qərbin, kommunist və kapitalistin, sağ və solun arasında qarşıdurmaların, isti və soyuq müharibələrin yaşandığını; bu səbəblə, eyni ölkə millətlərinin, hətta qardaşların belə bir-birlərinə düşmən kəsildiyini hamı bilir.
Lakin çox vaxt fərq edilməyən əsl nöqtə 20-ci əsri belə çaxnaşmalara, qarışıqlığa, müharibə və qarşıdurmalara aparan, insanlar arasında kin və düşmənliyə səbəb olan ideoloji əsasdır. Bu ideoloji zəminin əsasları 19-cu əsrdə ingilis iqtisadçı Tomas Maltusla atılmışdır. Din əxlaqından uzaq yaşayan bəzi insanlar tərəfindən qəbul edilən bu yanlış fikri əsas yenə ingilis olan sosioloq Herbert Spenserlə gücləndirilmiş və üçüncü ingilis olan Çarlz Darvinin təkamül nəzəriyyəsi ilə yayılmışdır.
Bu üç ad öndərliyini etdikləri ideologiyanın gərəyi olaraq din əxlaqının xüsusiyyətlərindən olan həmrəylik, fədakarlıq, yoxsul və zəiflərin qorunması, bütün insanların bərabər sayılması kimi məziyyətləri tamamilə görməzlikdən gəldilər. Bunun yerinə həyatın mübarizə yeri olduğu, zəif və yoxsul olanların, özlərinə görə "aşağı irqdən" olanların əzilməsinin və hətta yox edilməsinin qanuni olduğu, var gücü ilə mübarizə nəticəsində "ən uyğun" olanların həyatda qalıb digərlərinin yox olacağı və insanlığın bu yolla "irəliləyəcəyi" yalanını ortaya atdılar.
20-ci əsri çaxnaşmalara, qarışıqlıq, döyüş və qarşıdurmalara sürükləyən, insanlar arasında kin və düşmənliyə səbəb olan fikir sistemi əsası 19-cu əsrdə qoyulan sosial darvinizmdir.
"Həyatın (sözdə) "mübarizə yeri" olduğu, insanın bu mübarizəni qazanması və ya heç olmasa bu vəhşi mühitdə "həyatda qalması" üçün yaşamasının lazım olduğu" kimi azğın bir düşüncə sosial darvinizmlə yayıldı.
Heç bir elmi əsası olmayan bu cərəyanla birlikdə mərhəmətsizlik, vəhşilik və zülm din əxlaqını yaşamayan bir çox insan tərəfindən adi qarşılanmağa başlandı.
Zülmün tətbiqçiləri zalımlıqlarının elmi əsasının olduğunu iddia edir, etdikləri vəhşiliyin bu şəkildə məqbul qarşılanacağını zənn edirdilər. Əlbəttə, bu iddia və zənləri böyük yalan və yanılmadan ibarət idi.
Bu kitabda söz mövzusu yanılmaları bütün həqiqəti və dəlilləri ilə oxuyub sosial darvinizmin azğın təlqinlərinin necə böyük təhlükələr ehtiva etdiyinə şahid olacaqsınız.