![]() |
![]() |
![]() |
![]() |
|||||||||||||||||||||||||||
![]() |
![]() |
|||||||||||||||||||||||||||||
Darvinizm Əxlaqi degenerasiyada davamlı artım. Əvvəl ayıb sayılan, pislənən, qadağan edilən, təsdiqlənməyən davranışların zamanla və yavaş-yavaş qəbul edilməyə başlanması, hətta bir müddət sonra daha da maraq göstərilən və geniş yayılan davranışa çevrilməsi bir çoxlarının fərqində olmadığı, amma son dərəcə əhəmiyyətli olan bir problemdir. Cəmiyyətdə təcavüzkarlığın, saxtakarlığın artması, ər və arvadın bir-birlərini asan şəkildə aldatması, hətta bəzən hər iki tərəfin bunu qəbul etməsi, boşanmaların artması, yaxın vaxtlara qədər əxlaqsızlıq kimi bilinən həyat şəkillərinin və davranışların fərqli seçim, marginallıq adı altında sözdə qanuni görülüb yayılması, homoseksuallıq kimi pozğunluqların qəbul edilməsi, narkotik və spirtli içkilərdən asılılığın ciddi şəkildə artması, soyğun, fırıldaqçılıq, quldurluq kimi hadisələrin sayının artması, insanların daha asan cinayət törətmələri, cinayət nisbətlərinin və cinayətə meyilliyin artması, insanların bir-birlərinə sevgi və hörmətlərinin qalmaması, dedi-qodunun yayılması əxlaqi degenerasiyanın ortaya çıxma şəkillərindən yalnız bir neçəsidir. Xüsusilə bəzi qərb ölkələrinin içində olduğu vəziyyət söz mövzusu degenerasiyanın necə təhlükəli olduğunu açıq şəkildə göstərir.
Odur ki, bu həqiqəti görməzlikdən gəlmək əxlaqi degenerasiyanı və bu da öz növbəsində bədbəxt, ümidsiz və ruhi sıxıntı içində olan insanları meydana gətirir. 1960-cı illərin İkinci Amerika Müstəqillik Bəyannaməsini meydana gətirdiyini söyləmək haradasa doğru olar. Bu, bəzi insanların Allah`dan qopub ayrılmalarının bəyannaməsidir. Bu cür elanın arxasından daha böyük ölçülərdə əxlaqi və hüquqi problemlərin yaranması gözlənilməlidir, həqiqətən də, belə oldu...159 M.Denton 20-ci əsrə damğasını vuran bəlalara darvinizm nəzərdə tutulmadan qiymət verilə bilməyəcəyini ifadə edir və belə deyir: Darvinist inqilab olmadan iyirminci əsr aydın ola bilməz. Son səksən ildə dünyanı təsiri altına alan mənfi sosial və siyasi cərəyanlar darvinizmin intellektual sanksiyası olmadan reallaşa bilməzdi. On doqquzuncu əsrdə getdikcə artan dinsiz dünyagörüşünün başlanğıcda təkamülün qəbul edilməsini asanlaşdırdığını söyləyərkən, indiki dövrdə iyirminci əsrin aqnostik və skeptik dünyagörüşündən böyük ehtimalla hər şeydən çox darvinizmin məsul olduğunu xatırlamaq yerində olar. Bir zamanlar materializmin nəticəsi olan (nəzəriyyə), dövrümüzdə onun dayaq nöqtəsi halını almışdır.160 Bu yerdə darvinizmin əxlaqi tənəzzülə və degenerasiyaya zəmin hazırlayan iddialarının maddələr halında araşdırılması yerinə düşər. Darvinizm ateizmə əsas təşkil edir Darvinizmin materialist çevrələr tərəfindən böyük qərarlılıqla müdafiə olunmasının ən əhəmiyyətli səbəbi darvinizmin ateist yönüdür. "Cornell" Universitetində tarix professoru olan U.Provayn, eyni zamanda, təkamülçüdür. Provayn təkamül nəzəriyyəsinə inanan birisinin həyat görüşünün dinlə tamamilə ziddiyyət təşkil etdiyini açıqlayır.161 "American Association for the Advancement of Atheism"in (Ateizmin inkişafı üçün amerikan birliyi) rəhbəri Ç.Smit: "Təkamül ateizmdir", - deməklə eyni həqiqəti qəbul edir.162 Berkeley Universiteti professorlarından F.Conson təkamül nəzəriyyəsinin ateist və din əxlaqına uyğun olmayan fikir cərəyanları üçün daşıdığı əhəmiyyəti belə açıqlayır: … Darvinizmin qəbul edilməsi Allah`ın varlığının inkar edilməsi mənasını verirdi və nəticədə, Allah`ın vəhyinə söykənən dinin yerinə təkamüli naturalizmə (materializmə) əsaslanan azğın bir inanc yaradıldı. Bu azğın inanc yalnız elmin deyil, hökumətlərin, hüququn və əxlaqın da təməl inancını meydana gətirdi və modernizmin təməl fəlsəfəsi sayıldı.163
Consonun ifadə etdiyi kimi, darvinizm və materializmə kor-koranə inanan bir çox elm adamı elmi özlərinə görə Allah`ı inkar vasitəsi kimi istifadə etməyi ən əhəmiyyətli hədəf təyin etmişlər. Halbuki, elm Allah`ın varlığının dəlillərini insanlara göstərən qiymətli bir vasitədir. Bunun ən əhəmiyyətli göstəricilərindən biri, xüsusilə son iyirmi il içində elm dünyasında yaradılış həqiqətini müdafiə edən elm adamlarının sayında artımın olmasıdır. Aparılan hər araşdırma, tədqiqat və tapıntı, əldə edilən hər yeni məlumat bütün kainatda son dərəcə həssas və bir o qədər də qüsursuz tarazlığın varlığını göstərir, kainatın üstün və uca ağılın əsəri olduğunu ortaya qoyur. Bu ağıl hər cür əskiklik və nöqsanlıqdan münəzzəh, üstün qüdrət sahibi uca Allah`dır. Darvinin yeni və inqilabçı (eyni zamanda, ağıl və elmdən kənar) düşüncəsi dünya həyatındakı bütün müxtəlifliyin (insanların əvvəllər inandığı kimi, Allah`ın yaratmasının deyil) təbii və təsadüfi proseslərin nəticəsində meydana gəldiyini önə sürür. (Allah`ı tənzih edirik.) Bu yanlış iddianın qəbulu... Qərb cəmiyyətinin dinsizləşdirilməsində qəti rol oynamışdır...164
Cəmiyyətlərin Allah`a olan inanclarının itməsi və ya zəifləməsi o cəmiyyətlər üçün ən böyük mənəvi müsibətdir. Allah qorxusu olmayan, ölümdən sonra gerçək sonsuz həyata qovuşacağını, dünyada etdiklərinə görə cənnət və ya cəhənnəmlə qarşılıq görəcəyini inkar edən insanlar olduqca təhlükəli, etibarsız, təcavüzkar, cinayətə meyilli, mərhəmətsiz və mənfəətpərəst olurlar. Allah`dan qorxmayan insan heç bir mövzuda sərhəd tanımaz. Qanunlara görə cəzalandırılmayacağını və ya müəyyən şəkildə belə cəzalardan xilas olacağını düşündüyü müddət boyu istənilən əxlaqsızlığı və qanunsuzluğu edə bilər, cəmiyyətdə hər cür narahatlığa səbəb ola bilər, insanları aldada və onlara zərər verə bilər və bunlara bənzər bir çox zülmü edə bilər. Allah qorxusu və Allah sevgisi insanların gözəl əxlaqla yaşamasına, Allah`ın razı olacağı şəkildə davranmasına səbəb olur. Bu, həm cəmiyyətin inkişafına vasitə olur, həm də onu gücləndirir. Əksinə olduqda isə qarşıdurmalar, müharibə və döyüşlər, mərhəmətsizliklər, ədalətsizliklər davam edər. Allah insanlara yaxşılığı, gözəlliyi, ədaləti, dürüstlüyü və nizamı əmr edir. Allah Quranda belə buyurur: Mədyən tayfasına da qardaşları Şueybi göndərdik. (Şueyb) onlara belə dedi: "Ey camaatım! Allah`a ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu, sizin üçün xeyirlidir! (Əraf surəsi, 85) Hər yolun başında əyləşib Allah`a iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu əymək istəməyin. Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu! (Əraf surəsi, 86) Darvinizm İnsanın Başıboş Və Məqsədsiz Olduğu Yalanını Önə Sürür Təkamülçü C.Q.Simpsonun aşağıdakı sözləri darvinizmin insan haqqındakı yanlışlığa əsaslanan dünyagörüşünü ən açıq şəkildə ifadə edir:
İnsan kainatda anlayış qabiliyyətinə və potensialına malik olan yeganə varlıqdır. Amma şüursuz və ağılsız maddələrin məhsuludur. Beləliklə, dünyaya gəlişini özü bacaran insan yalnız özünə məsuldur.165 Klassik darvinist yalanlarından biri olan bu iddia ictimai çöküntünün əsasında yer alan əhəmiyyətli səbəblərdən biridir. Darvinistlər insanın dünyaya gəlişini özünün bacardığı yanılmasını önə sürərkən tək bir elmi sübut belə gətirə bilmir və ideoloji səbəblərlə bu yalanına dəstək verməyə çalışır. Bu həqiqətdən kənar iddiaya görə, insanın varlığının əvvəldən müəyyən edilən heç bir məqsədi yoxdur. Bu sözdə məqsədsiz varlıq onsuz da bir gün ölüb yox olacaq. Halbuki, həqiqət belə deyildir. Allah insanı yoxdan yaratmışdır. İnsanın yaradılışının müəyyən məqsədi vardır və bu məqsəd Quranda bildirilmişdir. Allah insanları Özünə qulluq etmələri üçün yaratmışdır. Hər insan dünyada qədərində təyin olunan zaman qədər qalır və bu zaman bitib öldükdən sonra yenidən diriləcək. Hər insan axirət günündə dünyada etdiklərində görə sorğu-sual ediləcək. Təkamülçülərin var gücü ilə bu həqiqəti rədd etməyə, unutmağa və unutdurmağa çalışması bu həqiqəti heç bir şəkildə dəyişdirməz. Dünyada ikən bu səhvlərindən dönmədikləri müddət boyu Allah`ı və axirət gününü inkar edənlər və insanın məqsədsiz varlıq olduğunu qarşıya qoyanlar hesab günü gəldiyində böyük peşmanlıq hissi keçirəcəklər. Rəbbimiz bu peşmanlığı Quranda belə xəbər vermişdir: Gətirilib od üstündə saxlandıqları zaman sən onların: "Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!" – demələrini görəydin! (Ənam surəsi, 27) İnsanlara məqsədsiz olduqlarının təlqininin verilməsi onları ümidsizliyə və boşluğa sürüyür. Bu yalana inananlar həyatı çox mənasız və lazımsız görür, bu isə böyük bir mənəvi çöküntüyə səbəb olur. Dövrümüzün öndə gələn təkamül tərəfdarlarından R.Dokinzin ağıl və məntiq xarici iddiaları da söz mövzusu materialist dünyagörüşünün tipik bir nümunəsidir. Dokinz insanların bir gen maşını olduğunu və yaranmalarının tək məqsədinin bu genləri sonrakı nəslə köçürmək olduğunu iddia edir. Dokinzə görə, nə kainatın, nə də insanın yaranmasının başqa məqsədi yoxdur. Bu yanlış düşüncəyə görə, bütün kainat və insanlar təsadüflərin və xaosun məhsuludur. Bu batil inancın insanları ümidsizliyə və bədbəxtliyə sürüməsi məlum məsələdir. Ölümlə birlikdə yox olub gedəcəyini düşünən bir insan üçün dünyadakı heç bir şeyin mənası olmaz. Dostluğun, sevginin, etdiyi yaxşılıqların, yaşadıqlarının heç bir qarşılığı və davamı olmayacağını zənn edən insana heç bir gözəllik zövq verməz. Bundan başqa, bu səhv məntiq səbəbi ilə insanlar işlədikləri pisliklərin qarşılığını almayacağını düşünürlər. Bu da insanların müəyyən şəkildə ört-basdır edəcəklərini düşündükləri və ya cəzalandırılmayacağını zənn etdikləri pislikləri heç çəkinmədən işləməsinə səbəb olur. Yalan danışmaqdan, ikiüzlü davranmaqdan, dedi-qodudan, haqsız qazancdan, mərhəmətsizlikdən, oğurluqdan və hətta cinayətdən belə çəkinməzlər. Belə yanlış düşüncəyə qapılan insanların sayının çoxaldığı cəmiyyətlərdə nizam və sabitlikdən danışmağın mümkün olmadığı hamıya məlumdur. İlk kitabımın naşiri kitabı oxuduqdan sonra verdiyi ürəksıxan xəbərdən çox narahat olduğunu və üç gecə yata bilmədiyini etiraf etdi. Bəziləri də mənə səhərlər oyanmağa necə dözdüyümü soruşur. Uzaq bir ölkədən bir müəllim isə mənə giley dolu məktub göndərdi. Məktubunda eyni kitabı oxuyan bir şagirdinin göz yaşları içində yanına gəldiyini və həyatın mənasız və məqsədsiz olduğu düşüncəsinin ona pis təsir etdiyini yazmışdı. Müəllim digərlərinin də eyni "heçlik pessimizm"indən təsirlənməməyi üçün, həmin şagirdə kitabı başqalarına göstərməməyini tövsiyə etmişdi.166 Dokinzin bu etirafında da göründüyü kimi, darvinizmin insanlara təlqin etdiyi pessimizm və məqsədsizlik cəmiyyətlər üçün böyük təhlükədir. Bu təhlükənin ən əhəmiyyətli yönlərindən biri insanlara yalnız Dokinzin önə sürdüyü kimi, "ürəksıxan həqiqət"i təqdim etməsi deyil, əksinə, "ürəksıxan yalan" təqdim etməsi və onları "nəşəli həqiqət"dən ayırmağa çalışmasıdır. Bu nəşə, xoşbəxtlik və hüzur gətirən həqiqət insanın tək, başıboş, tərk edilmiş, məqsədsiz varlıq olmadığı və özünü yaradan Allah`ın təyin etdiyi məqsədə sahib olduğu həqiqətidir. "Növlərin mənşəyi" kitabının nəşrindən sonra, sözdə elmi görüşlərin mənimsəməyi tərcih etdiyi nihilist fəlsəfənin insanlığı avtomatik şəkildə özünü yox etmə prosesinə apardığı düşüncəsi heç ağlımdan çıxmır. Həmin vaxtlar fəlakətlər üçün geri sayma başlamışdı.167 Allah hər insanı Özünə qulluq etməsi üçün yaratmış və ona Öz ruhundan üfləmişdir. İnsan cansız maddələrdən təsadüflər nəticəsində meydana gələn varlıq deyil. İnsan uca Allah`ın yaratdığı, ağıl və vicdan verdiyi, müxtəlif nemətlər bəxş etdiyi bir varlıqdır. Darvinistlərin və materialistlərin məqsədsiz və başıboş zənn etdiyi insanın, əslində, əhəmiyyətli, üstün və qiymətli məqsədi vardır: özünü yaradan, yoxdan var edən, yox ikən can və şüur verən uca Rəbbimizi həyatının hər anında razı etmək, Rəbbimizin əmrlərinə ciddiyyətlə və şövqlə tabe olmaq, bunun qarşılığında isə Allah`ın rəhmətini və sonsuzadək sürən cənnətini qazanmağı ümid etməkdir. İnsanın əsl həyatı ölümündən sonra başlayan axirət həyatıdır. İnsan dünyada cənnəti qazanmaq üçün yaşayır. Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! (Qiyamət surəsi, 36) Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz? (Muminun surəsi, 115) Sosial Darvinizmin "İnsan Heyvandır" Yalanı Darvinizmə görə insan bir heyvan növüdür. Bu ağıl və elmdən kənar iddiaya inananlar da insanın bütün xüsusiyyətlərinin "heyvan ataları"ndan miras qaldığını qarşıya qoyurlar. Bunun insanın özünə və digər insanlara baxış yönünə təhlükəli təsirləri vardır. İnsan heyvan növü kimi gördüyü digər insanlara dəyər verməz, düşüncələrinə əhəmiyyət verməz, həyatlarını dəyərsiz görər. Bir insanın ölümünü ağcaqanadın və ya itin ölümündən daha əhəmiyyətli görməz. Bir insanın ac və ya möhtac olması onu heyvan kimi görən və heyvanların döyüş və rəqabət yolu ilə inkişaf etdiyini düşünən bir insanı narahat etməz. Belə qorxunc dünyagörüşü insanların bir-birlərinə olan sevgi və hörmətlərini tamamilə ortadan qaldırır. Odur ki, darvinizmin yalanlarına aldananların bir daha düşünməsi və bu yalanın nəyə başa gələcəyini görməzlikdən gəlməsi çox əhəmiyyətlidir. Darvinin dünyasında insanın fərqli heyvan növü kimi təsvir olunmasından başqa xüsusi heç bir statusu yoxdur. Sözün tam mənası ilə təbiətin müəyyən parçasıdır və ondan ayrı deyil. Yaşayan hər cür canlı ilə (amöb, bağırsaq qurdu, birə, dəniz yosunu, palıd ağacı və ya meymun) əlaqə dərəcələri fərqli olsa da, bənzərlik təşkil edir. Müqayisə etmək lazım gələrsə, meymun kimi qardaşlara sahib olmaqdansa, bağırsaq qurdu kimi qırx iki əmioğluya sahib olmaq bizə daha az empati hiss etdirə bilər.168
Halbuki, bu həm elmdən, həm də ağıl və məntiqdən uzaq fikirdir. İnsan və heyvanlar Allah`ın yaratdığı iki fərqli varlıqdır. Heyvanlar heyvani instinktlərlə hərəkət edirlər və şüursuzdurlar. İnsan isə mühakimə qabiliyyətinə və şüura malik varlıqdır. İnsanın bir növ heyvan olduğunu iddia edənlərin məqsədi meşə qanunlarını insan cəmiyyətlərinə tətbiq etməyə çalışmalarıdır. Bu isə insanlara hüzur və rifah verən hər cür gözəlliyi ortadan qaldıran qorxunc xaosa səbəbdir. Aşağı heyvanlardan inkişaf edən insan zehninin inandığı şeylərin hər hansı bir dəyərinin və ya əsaslılığının olub-olmadığı mövzusunda ağlıma həmişə qorxunc şübhə gəlir. Bir meymunun zehnindəki inanclara (təbii ki, əgər varsa) kimsə güvənərdimi?169 Darvinin sözləri təkamülçülərin insan haqqındakı dünyagörüşlərinin nə qədər dəhşətli olduğunun bir xülasəsi xüsusiyyətini daşıyır. Darvinin bu hədyanı qərb dünyasının əhəmiyyətli hissəsinə getdikcə hakim olmuşdur və indiki dövrdə bir çox ölkədə, hətta məktəblərdə oxudulan dərs kitablarında da insanlara heyvan olduqları təlqini verilir. Məsələn, 1994-cü il nəşrli "Biology, visualizing life" (Biologiya: həyatı təsvir etmək) adlı dərs kitabında deyilir: Siz bir heyvansınız, yer soxulcanları, dinozavrlar, kəpənəklər və dəniz ulduzları ilə ortaq bir mirası bölüşürsünüz.170 Elm və teologiya mövzularında universitetdə dərs deyən və "Moral darwinism: how we became hedonists?" (Əxlaqi darvinizm: necə həzçi olduq?) adlı kitabın yazıçısı B.Viker Darvindən əvvəl və sonra insana baxış yönündə böyük səhvin olduğunu ifadə edir. İnsanlarla heyvanların arasındakı aşıla bilinməyən fərqliliklər görməzlikdən gəlinib insanların heyvanlarla bir tutulması yanlışlığının necə yayıldığını belə izah edir:
R.Dokinz və P.Sinqer kimi darvinistlər bu azğınlığı bütün incəlikləri ilə etiraf edir və təbliğatını aparırlar. Dokinz “Blind watchmaker” (Kor saatsaz) adlı kitabında bunları deyir: Özümüzü təkamüli yelpikdə yer almış bir heyvan olaraq gördüyümüzdə artıq əxlaqımızın ya bütün canlılar üçün əsaslı olduğunu qəbul etməliyik, ya da əxlaqımızın hər hansı bir təməlinin olduğunu rədd etməliyik. Ümumiyyətlə, darvinistlər hər ikisi üçün əsassız bir vəziyyət deyirlər. Bəzi heyvanların insanlarla eyni əxlaqi səviyyədə olduqlarını düşünürlər. Bəzi yönlərdən isə insanı bir heyvan kimi göstərirlər. Bir tərəfdən heyvan haqları üçün mübarizə aparır, digər tərəfdən isə formasını dəyişmiş, yaşlı və gücsüz insanın evcil heyvanlara göstərdiyimiz şəfqətdən kənar tutulmasının lazım olduğunu iddia edirlər.171 Göründüyü kimi, təkamül nəzəriyyəsinin insanı bir növ heyvan olaraq təqdim etmək istəməsinin əsas səbəblərindən biri bütün əxlaqi dəyərlərin ortadan qalxacağı bir dünya istəyidir. Əgər insan darvinizmin iddia etdiyi kimi, bir heyvan növüdürsə, hansı ki, bu heç bir şəkildə doğru deyil, onda əxlaqi heç bir dəyərin, hətta əxlaq anlayışının da insanlar üçün əhəmiyyəti qalmır. Bunun bir cəmiyyətə verəcəyi zərərin ölçüləri isə təxmin ediləndən də artıq ola bilər. Bax, bu səbəbə görə, bütün insanlıq darvinizmə və bu elm saxtakarlığının yalanlarına qarşı son dərəcə diqqətli olmalıdır. Birinci nöqtə, eqoizm və şiddət doğuşdandır, ən uzaq atalarımızdan bizə miras qalmışdır. Onda şiddət insanlar üçün təbiidir, təkamülün bir məhsuludur.172
Bu vəziyyətdə insanların hər cür cinayəti işləməsi normal qarşılanır, cinayət törətmək üzrlü hesab edilir, hətta çox vaxt cəzalandırılmamağının lazım olduğu iddia edilir. Quld “Ever since Darvin” (Darvindən bu yana) adlı kitabında italyan professor, kriminoloji mütəxəssis S.Lombrozo ilə başlayan bu görüş haqqında belə deyir: Günahkarlığa bağlı bioloji qaydalar elə də yeni sayılmazdı, amma S.Lombrozo (italyan həkim) bu müzakirəyə yeni, təkamüllü bir istiqamət verdi. Doğuşdan günahkarlar yalnız zehni tarazlığı anormal və ya xəstə deyildilər; daha əvvəlki bir təkamüllü mərhələyə geri düşmüş, sözün əsl mənası ilə nəslinə oxşamışdır. İbtidai və meymunabənzər atalarımızın irsi xüsusiyyətləri genetik repertuarımızda qorunur. Bəzi fərdlər normaldan çox irsi xüsusiyyətə sahib olaraq doğulur. Davranışları keçmişin bəzi vəhşi cəmiyyətlərinə uyğun olsa da, bu gün bu davranışlara cinayət deyirik. Doğuşdan günahkar olana acımaq olar, çünki özünə hakim ola bilməz.173 Lombrozonun fikrini açıqlayan təkamülçü Quldun ifadələrində açıq şəkildə göründüyü kimi, cinayət törətmək tamamilə insanın iradəsi xaricində olan, insanlara sözdə heyvan atalarından miras qalan davranış kimi qəbul edilir. Halbuki, bu həqiqətdən kənar bir iddiadır. Allah hər insanı özünə davamlı pisliyi əmr edən nəfsi və o pislikdən qorunub çəkinməsini, yaxşılıq etməsini əmr edən vicdanı ilə birlikdə yaratmışdır. Ayələrdə belə buyurulmuşdur: And olsun nəfsə və onu yaradana; sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms surəsi, 7-10) Dolayısilə, hər insan etdiyi hərəkətin yaxşı, yaxud pis və davranışının gözəl və ya çirkin olduğunu bilər. Hər insan pis olandan çəkinmək, yaxşı olanı etməklə məsuldur. Yaxşılıq edən insanlar gözəl rəftarlarının qarşılığını ən gözəl şəkildə alacaqları kimi, pislik edənlər də etdikləri pisliyin cəzasını mütləq çəkəcəklər. Hər cür cinayəti və əxlaqsızlığı qanuni göstərən təkamül nəzəriyyəsi isə insanları həm dünyada, həm də axirətdə böyük fəlakətin içinə sürüyür.
İnsan heyvan deyil. İnsan Allah`ın özünə ruhundan üflədiyi, ağıla, iradəyə, vicdana, sağlam düşüncəyə, doğrunu səhvdən ayırma anlayışına sahib olan və həmçinin düşünə bilən, qərar verə bilən, mühakimə edə bilən, cəza və mükafat verə bilən, yaşadıqlarından dərs ala bilən, Allah`ın sınadığı bir varlıqdır. Bu xüsusiyyətlərin heç biri digər canlılarda yoxdur və ola da bilməz. Çünki bunlar insanın fiziki quruluşu və genləri ilə əlaqədar xüsusiyyətlər deyil. Bütün bunlar insanın ruhuna aid xüsusiyyətlərdir. Elə isə ruh və ağıl sahibi olan insan bu həqiqəti hiss etməli, ona görə, şərəfli, iradəli və vicdanına uyğun həyat sürməlidir. "Həyat Mübarizəsi" Yalanının Gətirdiyi Pis Əxlaq Daha əvvəl də ifadə etdiyimiz kimi, darvinizmin ən əsas səhvlərindən biri "həyat mübarizəsi" və "güclü olanın həyatda qalması" ifadələri ilə yekunlaşdırılan iddiadır. Təkamülçülərin həqiqətdən kənar iddialarına görə, həyat insan daxil bütün canlılar üçün bir mübarizə, döyüş və rəqabət yeridir. Belə bir dünyada sevgi, hörmət, əməkdaşlıq, fədakarlıq kimi gözəl əxlaq xüsusiyyətlərinə yer yoxdur. Ç.Darvin “İnsanın törəməsi” adlı kitabında insanın bu günkü mövqeyinə mübarizə ilə gəldiyi və irəliləmək üçün mübarizəyə davam etməsinin şərt olduğu, heç bir qanunla bu irəliləmənin dayandırılmasının lazım olmadığı yalanını qarşıya qoymuşdur:
İnsan digər bütün heyvanlar kimi, günümüzdəki yüksək səviyyəsinə, şübhəsiz ki, sürətli törəməsinin nəticəsində həyat mübarizəsi aparmaqla gəlmişdir və əgər daha yüksəyə doğru irəliləyəcəksə, çətin keçən mübarizədə iştirak etməlidir. Əks halda, qısa müddət ərzində passivləşər və daha yüksək qabiliyyətlərə sahib olan insanlar bu mübarizədə kifayət qədər müvəffəqiyyətli ola bilməzlər. Buna görə, təbii çoxalma nisbətimiz heç bir üsulla yox edilməməlidir. Bu, bizi müxtəlif pisliklərə yönləndirsə də. Bütün insanlar üçün açıq rəqabət olmalıdır.174 Darvinizmin gətirdiyi qaranlıq dünyada əhəmiyyətli olan bir insanın həyatı boyu var gücü ilə mübarizə aparmasıdır. Halbuki, bu nə elmi əsası olan, nə də ağıl və məntiqə uyğun olan bir iddiadır. Bu, təhlükəli təlqinlərin tətbiq edilməsiylə meydana gələn mühitdə dürüstlük, qəhrəmanlıq, fədakarlıq və sədaqətin yerinə saxtakarlıq, eqoistlik, yalançılıq, vəfasızlıq kimi xüsusiyyətlər etibarlı olar və ancaq bu pis xüsusiyyətlərə sahib olanlar qazanar. Darvinizmin bu səhv dünya və əxlaq anlayışının əsaslandığı təməllər təkamülçülər tərəfindən sətirlərdə tez-tez yazılır və insanlara təlqin edilir. Məsələn, Yale Universitetindən həkim bioloq L.L.Kadmor "The center of Life" (Həyatın mərkəzi) adlı bir məqaləsində təkamülçü həyat görüşündə mərhəmət və acımağa yer olmadığını açıq şəkildə etiraf edir: Təkamül sərt və qaçılmazdır. Mərhəmətə və ya dürüst bir mübarizəyə yer yoxdur. Çoxlu orqanizm doğulur, buna görə də bunların bir çoxu ölməlidir. Əhəmiyyətli olan ayrılan bir sonrakı adamdan daha çox sizin genlərinizi daşıyan uşaq buraxıb-buraxmamağınızdır.175
Kitabın digər hissələrində haqqında bəhsi keçən irqçilik, vəhşi kapitalizm, yevgeni kimi sosial darvinizmin gücləndirdiyi azğın və təhlükəli düşüncə və tətbiqlərin hamısı darvinizmin “həyatda qalma mübarizəsi və güclü olanın yaşayacağı” yalanının bir nəticəsidir. Halbuki, həyat mübarizə yeri deyil. İnsanın mübarizəsi yalnız öz nəfsi ilə və digər pisliklərlə olmalıdır. İnsan öz şəxsiyyətindəki və ətrafındakı pisliklərlə mübarizə aparıb həm özündə, həm də insanlar arasında sevgi, mərhəmət, şəfqət, sülh, güvən, hörmət, sədaqət, sevinc və hüzur kimi gözəllikləri hakim etməyə çalışmalıdır. Allah`ın razı olduğu və insanlar üçün seçdiyi din əxlaqı da bunu tələb edir. Sosial Darvinizm İnsan Həyatına Dəyər VerməzDarvinizmin "həyat mübarizəsi" doqmatı və insanların bir heyvan olduqları yalanı tətbiq edildiyində insan həyatı öz dəyərini itirir. Hər hansı bir səbəblə insan öldürmək, bir insanı aclığa, ölümə buraxmaq, müharibə və qırğın etmək, terror törətmək, əqli xəstə, üzrlü olduğu və ya başqa bir irqdən olduğu üçün insanları yox etmək məqbul sayılar və asanlaşar. Bu azğın məntiqə tabe olub insan həyatına dəyər verməyənlərdən biri amerikalı sosial darvinist professor E.A.Rossdur. Rossun yanlış iddialarına görə, xristianlığın ortaya atdığı ictimai köməkləşmə və xeyriyyəçilik ayini ağılsız və axmaqların törəmələrinə və çoxalmalarına yarayan qoruyucu bir qalxanın inkişafına səbəb olmuşdur. Yenə Rossa görə, dövlət şikəstləri, məsələn, kar və dilsizləri qoruyur, sonra da bunlar törəyib şikəst irq meydana gətirirlər. Bütün bunlara sözdə təbii təkamüllü inkişafa mane olduqları üçün qarşı çıxan Rossa görə, dünyanı düzəltməyin yeganə yolu bütün axmaqları, bacarıqsızları və şikəstləri öz hallarına buraxmaqla təbii seleksiya müddətində ayrılmalarını gözləməkdir.176 Bunun nə qədər mərhəmətsiz bir düşüncə olduğu açıq şəkildə ortadadır. İnsan vicdan sahibi olan varlıqdır və vicdanı zəifləri, düşkünləri, kasıbları, möhtacları qorumağı əmr edər. Əks halda, əgər insan insan kimi düşünmə qabiliyyətini itirərsə, bu dəfə, həqiqətən, heyvandan daha aşağı bir mövqeyə düşər. Çünki heyvanlar arasında da böyük həmrəylik və köməkləşmə vardır. (Ətraflı məlumat üçün baxın: "Canlılarda fədakarlıq və ağıllı davranışlar", Harun Yəhya, Araşdırma Nəşriyyat). Ross insana dəyər verməyən yeganə sosial darvinist deyil. Onun dəhşət verici düşüncələrinə sahib çıxan bir çox darvinist var. Məsələn, Prinston Universitetində bioetika professoru olan təkamüli psixoloq Peter Sinqer ciddi fiziki əlilliyi olan insanların yaşamağa layiq görülməməklərinin lazım olduğunu söyləyəcək qədər irəli getmişdir. Bu zalımlığını mərhəmətsiz sözləri ilə belə ifadə etmişdir: "Əgər ciddi şəkildə əlilliyi olan bir uşağı insan olmayan bir heyvanla, məsələn, it və ya donuzla müqayisə etsək... insan olmayanın həmişə daha üstün xüsusiyyətlərinin olduğunu görərik... Yalnız insan uşağın Homo sapiens növünə aid olması həqiqəti bu uşağın donuz və ya itdən daha fərqli rəftar görməsinə səbəb olur. Ancaq növün bir üzvü olmaq təkbaşına əxlaqla əlaqədar deyil".177 Sinqer darvinist vəhşiliyini daha da artırmış və zehni əlillərin yemək məqsədi ilə və ya elmi təcrübələr üçün öldürülə biləcəyini söyləmişdir. Şübhəsiz, bu, çox qorxunc bir vəhşilikdir. Ancaq darvinist məntiqdə belə vəhşiliklər də müdafiə olunur. Sinqerin sözləri belədir: Zehni əlillərin yaşamaq haqları yoxdur və buna görə, (insan ətinə yönələn bir istək inkişaf etdirməyimiz lazım gəlsə) yemək üçün, yaxud elmi təcrübə məqsədi ilə onları öldürmək olar.178 "Right To Die Society"nin (Ölmə Haqqı Cəmiyyəti) keçmiş rəhbəri C.Fletçerin də zehni əlillər üçün bənzər iddiaları vardır: Ən aşağı səviyyədə zəka və yaxud zehni qabiliyyətə sahib olmayan insanlar neçə orqanının çalışmasından və həyat funksiyalarını avtomatik şəkildə yerinə yetirməsindən asılı olmayaraq insan deyildirlər... Əqli əlilliyi olanların hər hansı bir məsuliyyətləri yoxdur, heç olmamışdır və olmayacaq. Bu, əqli xəstələrin insan olmadığı mənasını verir.179 Yeni doğulan körpələrin öldürülməsi isə insan həyatına dəyər verməyən darvinizmin məqbul gördüyü mərhəmətsiz, vəhşi tətbiqlərdən bir başqasıdır. Darvinizmin müdafiə etdiyi azğın və vicdansız düşüncələrdən biri də budur ki, yeni doğulan körpə ata-anasına çətinlik törədirsə və onları həyat mübarizəsində geri salırsa, təkamül baxımından bu körpə öldürülməlidir Məsələn, Darvin yeni doğulan körpələrin öldürülməsinin heyvanlarda tez-tez göründüyünü və bunun əhalini idarə etmək üçün əhəmiyyətli amil olduğunu iddia etmişdir. Təkamülçü B.Burke "Science" jurnalında bir yazısında bu mövzu haqqında belə deyir: Bəzi heyvan növləri içərisində uşaq öldürmə təbii davranış kimi görünür. Bu, insanlar üçün də primat atalarımızdan qalan xüsusiyyət olaraq təbii görülə bilərmi?... Ç.Darvin "İnsanın törəməsi" adlı kitabında yeni doğulan körpələrin öldürülməsinin insan tarixi boyunca əhali artımının önlənməsi üçün istifadə edilən ən əhəmiyyətli üsul olduğunu yazmışdır.180
Hekel kimi darvinistlər isə yevgenidən bəhs edilən hissədə də danışıldığı kimi, intiharı təşviq etmiş və həyatın dözülməz olduğunu düşünənlərin intihar etməklə həyatlarını sona çatdırma haqqına sahib olduqlarını iddia etmişlər. Ancaq Allah insanlara canlarına qıymağı haram etmişdir. Yevgeni, evtanazi və irqçilikdən bəhs edilən hissələrdə qeyd etdiyimiz bütün bu vəhşi tətbiq və inanclar darvinizmin insan həyatına heç əhəmiyyət verməyən bir ideologiya olduğunu göstərən nümunələrdir və elmi heç bir dəyəri olmayan hədyanlar üzərinə qurulmuşdur. Halbuki, hər insanın həyatı böyük əhəmiyyət daşıyır. Quran əxlaqında insanlar bir-birlərini çox qiymətli və əhəmiyyətli görərlər və bir-birilərinə qarşı fədakar davranarlar. Bir mömin özünün ehtiyacı olsa da, yeməyini digərinə verər: Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (İnsan surəsi, 8) Müsəlmanlar yoxsulları və yetimləri qorumaqla, onların mallarını ədalətlə onlara verməklə, yolda qalanlara kömək etməklə, zəif qadınları, kişiləri, uşaqları və yaşlıları qorumaqla vəzifəlidirlər. Allah, məsələn, bir ayəsində ata-anaya "of" belə deyilməməsini əmr etmiş (İsra surəsi, 23) və bütün insanlara bir-birlərinə sözün ən gözəlini söyləmələrini buyurmuşdur (İsra surəsi, 53). Bir başqa ayədə isə Allah: “...Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə, o, bütün insanları diriltmiş kimi olur... (Maidə surəsi, 32)” - buyurur. Hər üzvünün bir-birini ruh və ağıl sahibi, qiymətli, əhəmiyyətli insan kimi gördüyü bir cəmiyyətin sülh, hüzur, təhlükəsizlik içində və sevgi və hörmət dolu həyat yaşayacağı açıq bir həqiqətdir.
QAYNAQLAR
|
![]() |
|||||||||||||||||||||||||||||
![]() |
![]() |